“Azərbaycanlı müğənni Üzeyir Mehdizadəni sentyabr ayında proqramımıza dəvət edəcəyik. Onunla danışdım, mahnısının sözlərini dəyişib türk dilində yazdım. Sevcan Dalkıranla birlikdə duet ifa etdilər”.
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin “Show türk” telekanalında yayımlanan “Ercan Çelik show” proqramının aparıcısı Ercan Çelik deyib. O, Ü.Mehdizadənin mahnılarının Türkiyədə sevildiyini qeyd edib.
Verilişin gedişatında türkiyəli müğənni S.Dalkıran Üzeyirlə birlikdə lentə aldırdığı “Ay balam” adlı dueti təqdim edib.
Qeyd edək ki, sözügedən mahnının müəllifi və ifaçısı Ü.Mehdizadədir.
A.S.
www.oxu.az