Rusiyalı məşhur müğənni cütlüyü Valeri Meladze və Albina Canabayevanın həyatlarında mühüm hadisə baş verəcək - ailədə daha bir övlad dünyaya gələcək.
“Starhit”in məlumatına görə, bu barədə Albina özünün “İnstaqram” səhifəsində xəbər verib.
Ulduz ailədə artım pərəstişkarlar üçün əsl şok olub.
Посмотреть эту публикацию в Instagram“Mən də fikirləşirəm ki, üzünüz niyə dəyişib. Deməli belə! Əla, təbrik edirəm”, “Albina, nə böyük xoşbəxtlik! Valeri ilə sənin üçün sevinirəm”, “Bizim Albinoçka çoxuşaqlı ana olacaq”, “Nə gözəl xəbər”, “Albina, hamiləlik sizə yaraşır, işıq saçırsınız”, - kimi şərhlərlə sosial şəbəkə istifadəçiləri öz təbriklərini çatdırıblar.
Qeyd edək ki, Meladze ilə Canabayeva daha iki övlad – 17 yaşlı Kostya və altı yaşlı Lukanı tərbiyə edirlər. Valerinin əvvəlki evliliyindən isə üç qızı var.
Mövzuya aid xəbərlər
Digər xəbərlər