Azərbaycanlı model Validə Abbasovanın yeni cazibədar fotoları yayılıb.
Oxu.Az Tabloid.az-ə istinadən xəbər verir ki, hal-hazırda İsveçdə təhsil alan qızının yanında yaşayan model yeni şəkillər ilə izləyicilərini sevindirib. Hər zaman açıq-saçıq geyimi və həyat tərzi ilə diqqət mərkəzində olan Validə bu dəfə də göz qamaşdırıb. İllərə meydan oxuyan V.Abbasova qısa ətəkli libası ilə cazibədarlığını nümayiş edib.
Xarici ölkələrdə istirahət etməyi sevən “Miss Millenium” sevgilisi ilə birlikdə gecə klubuna yollanıb. Orada bol-bol əylənən cütlük kamera qarşısına da keçib şəkil çəkdiriblər. Validə xanım istirfahət zamanı çəkilən fotolarını sosial şəbəkədə paylaşıb. Həmin görüntülər hər kəs tərəfindən maraqla qarşılanır.