Keçən həftə “Qızıl Portağal” Film Festivalı üçün Türkiyəyə gələn Hollivudun dünyaca məşhur belçikalı döyüş ulduzu Jean Claude Van Damme olay çıxarıb.
Oxu.Az-ın xəbərinə görə, ötən gecə “Reina"da 2 türkiyəli gənc qızla əylənən 54 yaşlı aktyor hədsiz dərəcədə içkili olduğundan ayaqüstə dayanmağa çətinlik çəkib. Əlindəki içki qədəhini yerə atıb qıran Van Damm dizlərinin üstünə çökərək qışqırmağa başlayıb. O, hətta müxbirə təpik vurmağa çalışıb.Yaşananlara görə müştərilərdən üzr diləyən köməkçisi məşhur aktyoru 10 dəqiqə masaj edərək sakitləşdirməyə çalışıb.

Aytən Sadıqzadə