Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Van Dammın oğlu Krislə ailə həyatı quran azərbaycanlı pianoçu Suada Hacızadənin Bakıda xına mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, Suada sosial şəbəkə hesabında paylaşım edərək həyat yoldaşının məclisə onlayn qoşulduğunu qeyd edib:
“Adət-ənənəyə uyğun olaraq atamın, anamın, nənəmin, xala və bacılarımın üzü güldü. Bunlar xınanın, qız toyunun mənim ürəyimcə olması üçün artıq bəs idi. Pandemiyadan sonra demək olar ki, 1 il sonra nəhayət bu da oldu və bitdi. Kris də onlayn ABŞ-dan qoşuldu və birlikdə belə qeyd etdik. Pandemiyaya görə rəsmi nikah olandan sonra qeyd etməyə başladıq”.
Məclisə onlayn qoşulan Kris isə tezliklə Azərbaycana gələcəyini əlavə edib.
Sözügedən görüntüləri təqdim edirik: