Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vaşinqtonda ANAMA-ya dəstək məqsədilə xeyriyyə konserti keçiriləcək - FOTO
Mayın 3-də ABŞ-ın Vaşinqton şəhərində “The Voice of Orchid” (“Səhləbin səsi”) xeyriyyə konserti keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Kennedi Mərkəzində baş tutacaq xeyriyyə tədbirində klassik və müasir Azərbaycan musiqisinin məşhur nümunələri səsləndiriləcək. Əsərləri Fuad İbrahimovun dirijorluq etdiyi Bakı Kamera Orkestri, tanınmış və gənc sənətkarlar Nəzakət Teymurova, Tünzalə Ağayeva, Abbas Bağırov, Cəlal Kərimov, Orxan Cəlilov, Ənvər Sadıqov, Arslan Növrəsli, Mərziyyə Hüseynova və Nəzrin Aslanlı ifa edəcəklər.
Təşkilatçılar bildiriblər ki, xeyriyyə tədbiri Marşal İrs İnstitutunun (MLI) Azərbaycandakı humanitar səylərinə dəstək məqsədilə gerçəkləşdirilir. Tədbirdən toplanacaq vəsait MLI-ın minaları təmizləmək və insanların həyatını xilas etmək üçün Azərbaycana göndərəcəyi əlavə minaaxtaran itlərin maliyyələşdirilməsinə sərf olunacaq.
Qeyd edək ki, 2005-ci ildən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən MLI indiyədək ölkəmizə 40 xilasedici minaaxtaran it bağışlayıb. Bu addım təxminən 30 milyon kvadratmetr ərazinin təmizlənərək təhlükəsiz istifadə üçün əhaliyə qaytarılmasına kömək edib.
"Abbas Bağırov" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Sosial şəbəkələrdə gündəm olan kivi sirkəsi arıqlamağa kömək edirmi? - Həkimdən AÇIQLAMA
- Qadağan olunan gölün sirri: "Kütləvi axınla əlaqədar sanitar-gigiyenik normativlər pozulur"
- Abbas Bağırov: "Keyfiyyətli musiqi dinləyən uşaq anasına "aaz" deməz"
- Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO
Rəylər