“Gözləmək qədər bərbad bir duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram. Hər sabah bir ümid, bir işıqla oyanırsan... Amma yenə də ümidlərin puça dönür”.
Oxu.Az xəbər verir ki, bu sözləri koronavirus pandemiyası səbəbi ilə Rusiyadan Azərbaycana qayıda bilməyən müğənni Damla yazıb:
“Evinə dönmək üçün saatları sayırsan. Əlindən heç nə gəlmir deyə, yenidən növbəti günləri hesablamağa başlayırsan. Bu gün yenə də balamı, anamı görmədim deyə, yastığımı qucaqlayıb ağlayıram. Nəfəs ala bilməmək bu imiş demək... Çox darıxıram”.
Qeyd edək ki, mart ayında el məclisində iştirak etmək üçün prodüseri Şamil İbrahimovla Moskvaya gedən Damla koronavirus pandemiyasına görə sərhədlər bağlandığından Vətənə geri dönə bilmir.
View this post on Instagram"Damla" teqi üzrə xəbərlər
Digər xəbərlər