Tanınmış videobloqer Əlixan Rəcəbov vayner Hüseyn Əzizoğlunu sərt tənqid edib.
Oxu.Az xəbər verir ki, son zamanlarda vayner Hüseyn Əzizoğlunun çəkdiyi videolarının əvvəlki keyfiyyətdə olmaması, çarxlarda qurşaqdan aşağı ifadələrin və mənasız replikaların yer alması sosial şəbəkələrdə etiraza səbəb olub. İzləyicilər Hüseyni “səviyyəsiz”, “aşağı keyfiyyətli” videolar çəkməkdə günahlandırıb.
Bütün bunların fonunda etiraz edənlərdən biri də aktyor və videobloqer Əlixan Rəcəbov olub.
O, video çəkərək Hüseynin insanların zövqünü korlamaqda ittiham edib.
Əlixan videoda ad çəkməsə də, dilə gətirdiyi bütün əlamətlər Hüseynə aid olub:
“Niva”, “C” hərfini tələffüz edə bilməyən iki qız, qəlyan və s.
Pərviz Hüseyn
www.oxu.az