Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vüsalə Şahvəliqızı ANS-i tərk etdi – FOTO
ANS telekanalında hər həftənin şənbə günü efirdə olan “Şoumən” verilişi yayımını dayandırıb.
Oxu.Az xəbər verir ki, verilişin aparıcısı Vüsalə Şahvəliqızı bununla bağlı Facebook səhifəsində status yazıb:
“Sonuncu efirdə çox kədərlənmişdim, özümü ələ ala bilmirdim. Fevralın 24-dən başqa verilişlə Space telekanalında efirə çıxacağam. Qaldı “Şoumən” verilişini verməməklərinə, qınağa çəkib, heç bir söz deməməyi üstün tuturam”.
Qeyd edək ki, “Çarə” verilişi fevral ayının 24-dən etibarən həftə içi dörd gün saat 12:10-da Space Tv-də efirə gedəcək.
Aytən Sadıqzadə
www.oxu.az
Ən çox oxunanlar