Xalq artisti Gülyanaq Məmmədovanın sosial media hesabında paylaşdığı hamiləlik fotoları müzakirə predmetinə çevrilib.
Oxu.Az xəbər verir ki, sənətçi çəkildiyi yeni filmdə hamilə qadın obrazını yaratdığı üçün bu görünüşdə kameralar önünə keçdiyini diqqətə çatdırıb.
Dörd uşaq anası G.Məmmədova rol aldığı ekran əsərinin 9 May “Qələbə” gününə həsr olunduğunu bildirib. “Ana və poçtalyon” adlı bədii filmdə Gülyanaq övladı ilə birlikdə çəkilib.
Ekran əsərində müğənni ilə yanaşı, Xalq artistləri Həmidə Ömərova, məşhur qarmon ustadı Ənvər Sadıqov və digər tanınmış aktyorlar rol alıblar.
“Ana və poçtalyon” filmi tezliklə AzTV-nin efirində yayımlanacaq.
View this post on Instagram"9 May - Faşizm Üzərində Qələbə Günü" teqi üzrə xəbərlər
- DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər pul mənimsəyib?
- Saleh Səmədovun ilk məhkəməsi oldu - Qərar AÇIQLANDI
- Berlində Qələbə Günü tədbirləri zamanı 43 nəfər saxlanılıb
- Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb - FOTO - VİDEO
- Tramp Rusiya və Ukrayna arasında atəşkəsin uzadılması ehtimalından danışdı - VİDEO
Digər xəbərlər