Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xalq artisti: “Həkimlərim konsertə icazə vermədilər”
“Bu il planda maraqlı layihələr var”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova jurnalistlərə açıqlamasında deyib.
Sənətçi “Cristal Hall”da konsert verməyi planlaşdırdığını qeyd edib:
“Əslində, konsert ötən il olmalı idi. Amma həkimlərim icazə vermədilər. Ona görə də bu ilə planlaşdırmışıq”.
“Bu sevgini kimə borclusunuz?” sualına isə Xalq artistinin cavabı belə olub:
“Çox mürəkkəb sualdır. Çünki borclarım çoxdur. Bu mövzuda özümü borclu hesab etdiyim insanlar var. Tamaşaçılarımın önündə elə bir yaradıcı həyat yaşamışam ki, baxan deyər, çox ağırdır, çətindir. Bir insan ağrılarını necə unudur?! Bu yol mənə çətin gəlməyib, ona görə tamaşaçılarıma borcluyam ki, dərhal bağırlarına basdılar. Sənətə əvvəllər yoxumu da qoyurdum, indi varımı da qoyuram”.
Nəzrin Vahid
Rəylər