Xalq artisti Nisə Qasımova özünü heç vaxt gözəl saymadığını açıqlayıb.
OLAY yazır ki, sənətçi bu haqda “Açıq söhbət” verilişində qonaq olarkən danışıb.
“Mən, ümumiyyətlə, özümü heç vaxt gözəl saymamışam. Uşaqlıqdan kompliment deyirlər, ancaq zahiri olaraq özümü gözəl saymamışam. O qədər qüsurlar görürəm ki, kaş belə olardı, elə olardı… Hazırda camaat mahnılar yazdırır, mən isə hələ düşünürəm ki, həyatım boyunca nə qədər səhv etmişəm, qüsurlarım olub, qəlb qırmışamsa, onları düzəltməklə məşğulam. Bilmədən, istəmədən qəlb sındıra bilirik. O qədər qəlbim sınıb ki, əslində, çilik-çilikdir. Qırılan o qəlbimi yapışdırmağa başlamışam və rahat oluram”, - deyə N.Qasımova bildirib.
Rəylər