Xalq artisti, xanəndə Zabit Nəbizadə “Evdəyik” verilişində qonaq olub.
Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi ailədə baş verən qısqanclıq haqqında bunları deyib:
“Məni də evdə qısqanırlar. Hər şeyin qədəri var. Bu o demək deyil ki, mən xəyanətə meylli insanam. Ondan heç xəbərim belə yoxdur. İnanın, doğru deyirəm. Kişi var, evdə özünü başqa cür aparır. Çölə çıxanda isə dəyişir. Belə insanları qəbul eləmirəm. Qısqanclıq sevgidən əmələ gələn hissdir. Xanımım məni qısqanır, bununla fəxr edirəm. Çox şadam”.