Xalq artisti, müğənni Nazpəri Dostəliyevanın ayağı sınıb.
Oxu.Az xəbər verir ki, bunu virtualaz.org saytına müğənni özü deyib.
N.Dostəliyeva bunu, düşmənlərini sevindirməmək üçün uzun müddətdir gizli saxladığını bildirib:
“Ayağımın sınmasını mətbuatdan gizli saxlayırdım. Çünki düşmənlərimi sevindirmək istəmirdim. Sizinlə söhbətimdə təsadüfən ağzımdan çıxdı”.
Xalq artisti əməkdaşımızın 2-3 həftədir müsahibə istəyinə yox deməsinin səbəbini də bununla izah edib:
“Uzun zamandır müsahibəyə “sabah-sabah” deyib vaxtı uzadıram. Məni düz başa düşmənizi istəyirəm. Ayağım iki yerdən sındığı üçün bir aydır gipsdədir. Bir-iki günə açacaqlar. Qurban bayramından sonra görüşüb sizə sənətimlə bağlı bütün yenilikləri bildirəcəm”.