Ötən gecə saat 23:00 radələrində Lənkəran rayonu, Ürqə kəndində 34 yaşlı kişi özünü yaşadığı evin həyətində asıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, 1979-cu il təvəllüdlü Qadir Həsənağa oğlu Həsənov intihar edib. Onun 2 uşaq atası olduğu bildirlir.
Qadir Həsənovun işləmədiyi və ailəsində maddi problemlər olduğu bildirilir. Onun borclu olduğu və borcunu ödəyə bilmədiyi də vurğulanıb. Qadir özünü öldürəcəyi barədə əvvəlcədən valideynlərinə də deyibmiş. Lakin yaxınları onun sözünü elə də ciddi saymayıblar.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.