Xalq artisti Rafael Dadaşovun sosial şəbəkədə yayılan yeni görüntüsü izləyiciləri məyus edib.
Oxu.Az xəbər verir ki, tanınmış “viner” Elçin Xalq artistini evində ziyarət edərək, onunla birlikdə foto çəkdirib.
Ciyərinə su yığılan Xalq artistinin arıqlayaraq, xeyli çəki atması fotodan aydın sezilib. Bununla yanaşı, sənətkarın bir neçə ay içərisində saçının və saqqalının tam ağarması da nəzərlərdən qaçmayıb.
Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.
Rəşad Əliyev
Rəylər