Tanınmış müğənni Xatirə İslamın ərindən boşandığı iddia edilmişdi.
Oxu.Az xəbər verir ki, ifaçı xəbəri təkzib etsə də, müzakirələr səngimək bilmirdi.
Ötən gün X.İslam ATV-də əri ilə birlikdə canlı yayımda “Zaurla Günaydın” verilişinə qonaq olub. O, həyat yoldaşı Fəxrəddin Musayevlə ayrılması barədə yazılan xəbərləri bir daha təkzib edib.
Pərviz Hüseyn
www.oxu.az