Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xatirə izləyicilərini təhqir etdi: “Həyatını qoyun kimi yaşayanlar...” - FOTO
Müğənni Xatirə İslam bir neçə gün əvvəl təyyarədəki uşaq səslərindən gileylənərək dediyi “Mercedes”in puluna bilet almışam, səs-küyə baxın” ifadələrinə görə tənqid olunub.
Oxu.Az xəbər verir ki, Xatirə sosial şəbəkə hesabında paylaşım edərək onu qınayanlara cavab verib.
Müğənni: “Aramızda məsləhət verməyi sevən, ağılsız, savadsız, dünyagörüşü sıfırın altında olan və həyatını qoyun kimi yaşayanlar, təəssüf ki, çoxdur. Bu aqressiya yalnız sənət adamlarınadır”, - yazıb.
Xatirə İslam məsləhət də verib.
“Həzm etməyə kömək edən dərmanlardan istifadə edin, sakitləşdirici için”, - deyə ifaçı paylaşımına əlavə edib.
Sözügedən paylaşımı təqdim edirik: