Müğənni Xatun Əliyeva burun əməliyyatı etdirib.
Oxu.Az xəbər verir ki, ifaçı xəstəxanada çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq “Mərdi qova-qova namərd edərlər. O qədər yazdılar, burnuma lağ etdilər ki, əməliyyat olundum. Gips çıxsın, nəticəni görüm. Kaş yeni burnum ürəyimcə olsun, təzə burnum mənə yaraşssın. Şiş tamamilə çəkilməyincə efirə çıxmayacağam” sözlərini yazıb.