Şou biznesdə növbəti barışıq baş tutub.
Oxu.Az xəbər verir ki, toy məclislərinin birində qonaq olan müğənni Xatun Əliyeva mahnı oxuyarkən, aralarında dava olan həmkarı Rəqsanə İsmayılovanın qızı Aysun ilə üz-üzə gəlib.
Aysun mahnı sədaları altında rəqs edib. Aysun Xatunu öpüb, qucaqlayıb. Barışan məşhurlar bir araya gələrək, küsülülüyə son qoyublar.
“Məhkəməyə qədər iş yoxdursa, hamı ilə barışmaq olar”, - deyən Xatun “soyuq müharibə” yaşadığı rəqqasə Fatimə Fətəliyeva söz atıb.
Rəşad Əliyev