Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xatundan həmkarlarına: “Lüt şəklini paylaşır, heç bir kişi ilə münasibətinin olmadığını deyir” - VİDEO
Müğənnilər var ki, lüt şəklini sosial şəbəkədə paylaşır, sonra da başlayır qeyrətdən danışmağa.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva aparıcı və prodüser Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan “Səmimi” layihəsində dilə gətirib.
Sənətçi efirlərdə maska altında min hoqqadan çıxan bəzi həmkarlarının çirkin əməllərindən danışıb, onların iç üzünü ortaya çıxarıb:
“Bu kimi müğənnilər danışanda deyirlər ki, “mənim heç bir kişi ilə münasibətim yoxdur”. Etiraf etməsələr də, görkəmlərindən hər şey aydın görünür.
El arasında belə bir kəlmə var: “Allahı elə sev ki, sənə baxanda Allahı xatırlasınlar”. Kənardan belələrinin geyiminə baxıb deyirsən ki, danışma da, qoy səni olduğunu kimi qəbul etsinlər.
Onsuz da sənin heç kimdən qorxun yoxdur. Nə atandan, nə də anandan qorxursan. Kef edirsən. Eləsi var, uşağına baxır, eləsi də var, aparıb uşaq evinə qoyur”.
Rəşad Əliyev
Rəylər