Xərçəng geni daşıdığını öyrəndikdən sonra əvvəlcə hər iki döşünü əməliyyatla kəsdirib götürtdü, sonra isə estetik əməliyyat keçirdi. Ən sonda isə işindən istefa edib dünyanı gəzməyə başladı.
Bir zamanlar BBC radio kanalında idman aparıcılığı edən 28 yaşlı Claira Hermet-in əhvalatı ...
Claira Hermet uşaq ikən anası xərçəng xəstəliyinin qurbanına çevrilmişdi. Hermetin anası həyatla əbədi vidalaşanda 42 yaşında idi.
İllər sonra bacısı da 31 yaşında eyni xəstəlik ucabtından öldü. Bundan sonra analiz verən Claira Hermet BRCA1 geni daşıdığını öyrəndi. Döş xərçənginə tutulma ehtimalı yüksək olduğu üçün əməliyyat masasına uzanıb əvvəl hər iki döşünü götürtdü, sonra estetik əməliyyat keçirdi.
Yaxşılaşdıqdan sonra həyatını tamamilə dəyişdirdi. BBC-dəki idman aparıcılığından istefa edib qarış-qarış dünyanı gəzməyə başladı.
Aparıcı bunun səbəbini “bacım öləndə özümlə bağlı bir qərar vermişdim. Xoşbəxt olmaq üçün özümə bir yol tapacaqdım” deyə izah edir.
O, bu qərarını da 2015-ci ilin yanvar ayında yerinə yetirir. İşini atır, çamadanını yığır və Barbadosa doğru yola düşür.
Amma onun səfərlərinin maraqlı bir tərəfi var. Hara gedəcəyinə özü deyil, internetdəki səyahət blokunu təqib edənlər müəyyənləşdirir.
Yəni Claira Hermet tərəfdarlarına hara getmək istədiyini internet üzərindən təşkil etdiyi bir anketlə soruşur. Onlara təqdim etdiyi variantlar arasında ən çox səs sahəsinə doğru yola çıxır.
Claira Hermet-in İnstagram səhifəsində paylaşdığı səyahət zamanı çəkilmiş şəkillərdən bəzilərini təqdim edirik: