Müğənni Xəyyam Nisanov həmkarı Günay İbrahimliyə evlilik təklif edib.
Oxu.Az publika.az-a istinadla xəbər verir ki, bunu ANS telekanalında Günay özü etiraf edib:
“Xəyyam mənə evlilik təklifi etdi. Amma bir şərti oldu ki, ailə qurandan sonra mən oxumayacağam. Mən də buna razı olmadım”.
Verilişdə qonaq olan Xəyyam da bunu təsdiqləyib:
“Biz Günayla Fransaya “Ford Boyard” yarışlarına gedəndə ona bu təklifi etdim. Dedim ki, evdə bir ulduz olar. O razı olmadı. Günayı çox istəyirəm. Verilişdən sonra bu evlilik barədə yenidən düşünərəm”.
Qeyd edək ki, Xəyyam Rusiyada yaşayan azərbaycanlı milyarder Qod Nisanovun yaxın qohumudur.