“MTV Azərbaycan” telekanalında yayımlanan “Söhbətsiz” proqramında qonaq olan AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayev müğənnilər Xəyyam Nisanovla Zamiq Hüseynov arasında yaşanan gizli qalmaqalı gün üzünə çıxarıb.
R.Musayev tədbirlərin birində Zamiq ilə Xəyyam arasında yaşanan “Birinci mən çıxış etmək istəyirəm” qalmaqalını xatırlayıb.
Oxu.Az xəbər verir ki, Ranarın qalmaqallı açıqlamalarını həzm edə bilməyən Xəyyam Nisanov “MTV Azerbaycan” telekanalına verdiyi müsahibəsində “od püskürüb”.
Xəyyam Ranarın ittihamlarına sərt reaksiya verərək, onun söylədiklərini yalanlayıb: “Ranar deyib, böyük bir səhv edib. Onun söylədikləri sübutsuz söhbətdir. Ona kim bu xəbəri çatdırıbsa, yalnış çatdırıb. Ranar getsin, özü barədə danışsın. Bilmədiyi şeylər barədə söz danışmasın. Ranar öz işçiləri ilə biraz da yaxın olsa, anlayar ki, Zamiq ilə mənim aramda səhnədə belə bir hal yaşanmayıb. Ranar deyir ki, mən dəqiq bilmirəm, mənə bu hadisəni belə çatdırıblar. Kim çatdırıbsa, zəng vursun mənimlə danışsın, telefonum hər zaman açıqdır. Tədbirlərdə heç kimlə danışmıram. Bunun üçün prodüserlərim, köməkçilərim, səs rejissorum var. Üç nəfərlə tədbirlərə gedirəm. Bunu da hamı bilir. Onlar gəlib, mikrofonu əlimə verib, mahnımın hazır olduğunu deyəndən sonra səhnəyə çıxıram. Zamiqdən və başqa bir müğənnidən öncə səhnəyə çıxmıram. Hansısa kaprizlərim var, bu da yalan söhbətdir”.
AzTV-nin bədii rəhbərinin səsləndirdiyi “Müğənnilər gedib toylarını oxusun” şərhinə isə Xəyyam belə cavab verib: “Oxuduğum toylarda, Zamiqlə mənim apardığım məclislərdə hər şey yerindədir. Ranara tövsiyə edirəm ki, bizim haqda bilmədiyi şeyləri dilinə gətirməsin”.
Müsahibədə X.Nisanov həmkarı Zamiq Hüseynovla münasibətlərinin yaxşı olduğunu bildirib: “Zamiq yaxın dostumdur. Çox hörmət etdiyim insandır. O da mənə hörmət bəsləyir. Bunu bilirəm. Zamiqlə aramı xırda, cılız söhbətlər vura bilməz. Bizə belə şeylər yaraşmaz. Zamiqlə bir süfrə də otururam”.
Xəyyamdan AzTV-nin bədii rəhbərinə ultimatum: “Ranar böyük səhv edib”
Rəşad Əliyev
Rəylər