Firuzə Qurbanlı Xəzər TV-də baş verən son hadisələrdə adının hallanmasına münasibət bildirib.
Oxu.az vətəninfo.az-a istinadən xəbər verir ki, xəbər aparıcısı bunları söyləyib:
“6 ilə yaxın bir müddətdə, "Xəzərxəbər"də çalışdım. "Xəzərxəbər" mənim üçün ikinci ailə olub və bu, hər zaman belə qalacaq. 5 il o bayraq altında xəbər təqdim etmişəm. Oradan çıxmağıma səbəb isə qətiyyən münaqişə deyil.
Sadəcə, bir jurnalist olaraq TRT Bakı təmsilçiliyindən gələn təklif mənə daha perspektivli göründü. Türkiyə kanallarında çalışmaq mənim uşaqlıq arzum olub. Xəzər TV ilə münasibətlərim isə hələ də davam edir. İki qurum arasında əməkdaşlıq var. Sadəcə, bir doğma qurumdan digərinə keçdim” - o əlavə edib.