Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyə mətbuatının onun haqqında yazdığı “Azərbaycanın Müge Anlısı” sözlərinə cavab verib.
Oxu.Az-ın məlumatına görə, aparıcı İnstagram səhifəsində bunları yazıb:
“Mən heç vaxt kimsəyə bənzəməyə çalışmıram. Hər zaman özüm olmaq istədim və bu belədir. Bu gün bir neçə nəfər var ki, Xoşqədəmi yamsılayır. Bir geyindiyim paltarlar qalıb ki, istifadə etməsinlər. Belə getsə yaxın zamanlarda onların əynində paltarlarımı da görəcəm. Onlar Xoşqədəm olmağa çalışırlar. Normal insan özü nəsə edə bilmirsə, kimisə özünə örnək seçməlidir, ya da “Səni axtarıram”ın eynisini etməlidir? Mən hər zaman yenilik etdim və edəcəm də. Bu arada yeni müjdə: sosial jurnalistikada yenilik edən mən, yeni layihə ilə şou aləmini silkələyəcəm. Tamaşaçıların xahişi ilə. İzləyicim demiş: bütün verilişlərdə “Səni axtarıramlaşma” gedir, yeni bir şey edin. Amma əminəm ki, həmin layihənin də eynisini görəcəksiniz. Mübaliğəsiz mən özüməm”.