Rusiyanın Birinci kanalında yayımlanan “Qolos” şousunun yeni mərhələsi “vokal duetlər”lə davam edir.
Oxu.Az xəbər verir ki, layihənin üçüncü mövsümündə Dima Bilanın komandasında Bakıdan istedadlı caz ifaçısı Aygün Əsgərova çıxış edir. O, “Qolos” layihəsinin ikinci mövsümünün ulduzu Fərid Əsgərovun həyat yoldaşıdır. Aygün Əsgərova Ksana Sergiyenko ilə birlikdə “vokal dueli”ndə çıxış edərək İrina Alleqrovanın “Ya tebya otvoyuyu” mahnısını ifa edib. Duel bitdikdən sonra Dima Ksana Sergiyenkonu seçib. Amma Aygün Əsgərova da “Qolos”da qalıb. Müğənnini Pelageya xilas edərək öz komandasına alıb.