Məşhur jurnalist və teleaparıcı Xoşqədəm Hidayətqızının qardaşı tapılıb. Rusiyadan Bakıya atasını axtarmağa gələn İlya adlı həmin oğlan eynən aparıcının bənzəridir.
Oxu.Az xəbər verir ki, aparıcı müəllifi olduğu “Səni axtarıram” proqramında göz yaşlarına boğulub. Belə ki, o Rusiyadan atasının axtarışına gələn İlya adlı oğlanın rəhmətə gedən qardaşına bənzədiyini deyib: “Mənim də İlyas adlı qardaşım vardı, rəhmətə gedib, biz onu İlya deyib çağırardıq. Rusiyadan atasını axtarmağa gələn İlyanı görəndə eynən qardaşıma oxşadığını gördüm. Bu gün İlya atasını, mən isə qardaşımı tapdım. İlya, nə vaxt Bakıya gəlsən, bil ki, burda bir bacın da var. Anam həmişə deyirdi ki, kaş İlyanın bir yadigarı tapılaydı, indi İlyanın özü gəlib çıxdı”.
İlya da üzünü efirdən Xoşqədəm Hidayətqızının anasına tutaraq, ona oğul olduğunu elan edib.
Aytən Sadıqzadə
www.oxu.az