Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə mərhum qardaşı ilə bağlı xatirələrini yazıb.
Oxu.Az xəbər verir ki, telejurnalist bunları qeyd edib:
“Qardaşımın ailədə ən çox istədiyi mən olmuşam. Hamımızı o oxutdu. Ev aldı, qayğımızı çəkdi. İndi aramızda yoxdur. O, bizim həm qardaşımız, həm də atamız qədər sevib-saydığımız böyüyümüz idi. Onun mənə son sözlərini heç vaxt unutmayacağam:
“Torpaqlarımız alınanda mənim sümüklərimi məzarımdan çıxarıb kəndimizin qəbiristanlığında, qardaşımın, əmimin məzarı yanında basdır”.
Hər dəfə təhlükəli səfərlərə gedəndə dua edirdim ki, sağ-salamat geri dönüm. Axı qardaşıma söz vermişəm. Bu foto onun ən sevdiyi foto idi. Elə mənim də... Allah sənə rəhmət eləsin, mənim yaraşıqlı qardaşım”.
