Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xoşqədəmdən Doğuşa 600 minlik saat hədiyyəsi - VİDEO
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının müğənni həyat yoldaşı Doğuşa etdiyi hədiyyə Türkiyə mətbuatında gündəm olub.
Oxu.Az xəbər verir ki, bu barədə Doğuş Türkiyənin “TV8” kanalında yayımlanan “2-ci sayfa” verilişində qonaq olarkən danışıb.
O, aparıcının ünvanladığı “qolunuzdakı saat hamının diqqətini çəkib. Saatı özünüz, yoxsa həyat yoldaşınız alıb?” sualı cavablandırıb:
“Saatım orijinaldır, qiymət barədə danışmaq istəmirəm. Mənə daha çox həyat yoldaşım hədiyyə alır. Bahalı əşyalar almağı sevmirəm. Özəl günlərdə bir-birimizə hədiyyələr alırıq. Saatı doğum günümdə alıb”.
Verilişin aparıcıları Müge və Gülşen isə saatın qiymətinin 600 min lirə (təxminən 64 min manat - red.) olduğunu bildiriblər.
Ətraflı süjetdə:
"Gülşen" teqi üzrə xəbərlər
- Gülşenin tarladan görüntüləri yayıldı: Başına yaylıq bağlayıb fındıq yığdı - FOTO
- Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlandı - FOTO
- Türkiyəli məşhur müğənni haqqında məhkəmə qərarı açıqlandı
- İbrahim Tatlısesin sirr kimi saxladığı nəvəsi ortaya çıxdı - FOTO
- Acun Ilıcalı əslən azərbaycanlı olduğunu etiraf etdi - VİDEO