Suriyada yaralandığı deyilən “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızından xəbər var.
Az əvvəl mətbuatda aparıcının ayağından güllə yarası alması xəbərləri yayılmışdı.
Oxu.Az-ın çəkiliş qrupunun üzvlərindən əldə etdiyi məlumata görə, aparıcının və verilişin əməkdaşlarının olduğu avtomobil Suriyada atəşə tutulub. Lakin heç kim xəsarət almayıb. Xoşqədəm Hidayətqızı və digər əməkdaşlar sağ-salamatdır.
Xatırladaq ki, mediada aparıcının və çəkiliş qrupunun avtomobilinin partladılması və Xoşqədəm Hidayətqızının ayağından güllə yarası alması xəbərləri yazılmışdı.
Qeyd edək ki, çəkiliş qrupu Suriyaya “Səni axtarıram” verilişinin çəkilişləri üçün yollanıb.
Aytən Sadıqzadə
www.oxu.az