Türkiyənin “Halk Haber” telekanalında efirə gedən keçmiş nazirlərin aparıcılıq etdikləri “Bakan bakana” proqramında Türkiyə hakimiyyətinin Azərbaycana biganə münasibət bəsləməsindən danışılıb.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, keçmiş mədəniyyət naziri və daxili işlər nazirinin iştirak etdiyi proqramda ölkənin keçmiş əmək və sosial müdafiə naziri Yaşar Okuyan Azərbaycan səfirliyinin Müstəqillik günü ilə bağlı Qars və İstanbuldakı tədbirlərini ləğv edərək ora xərclənəcək vəsaiti Soma-ya bağışladığını bildirib.
Proqramda kinayə ilə vurğulanır ki, İsrailə belə təşəkkür edən Türkiyə hökuməti bu addımına görə Azərbaycana təşəkkür etməyə ehtiyac duymur.