Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xoşqədəmin qovduğu jurnalist: Sən riyakarsan
Xəbər verdiyimiz kimi X. Hidayətqızı ATV əməkdaşlarının keçirdiyi mətbuat konfransında görmək istəmədiyini bildirib.
O, “Azad Azərbaycan” dan gələn jurnalist Vüqar Vüqarlını qovub.
Oxu.Az xəbər verir ki, jurnalist Facebook səhifəsində olanlarla bağlı yazı paylaşıb. O, Xoşqədəmi riyakar adlandırıb:
“Deyirəm, ölmədik bu günü də gördük. ABŞ səfirliyində öz qəzetini təqdim edərək guya ingiliscə “peype tri nöqts” deyən, rusca “Nataşa”dan başqa bir söz bilməyən və məni dost adlandırıb mətbuat konfransına buraxmayan Xoşqədəm...
11 illik Azərbaycandakı fəaliyyətimdə ilk dəfədir ki, mən mətbuat konfransına buraxılmıram.
Əlbəttə nə vaxtsa hər bir şeyin ilki olur, lakin bu ilkin dost tərəfdən yaradılması məni məyus etməyə bilməz. Niyə lazım idi bu cür davranış?
Bunun dalında olan qorxu deyilsə, bəs nə idi? Düz olan insan, öz layihəsini "Müqəddəs" adlandıran şəxs nədən qorxdu axı? Qorxdu ki, dostunun gözlərinə dik baxa bilməyəcək? Qorxdu ki, onun yalanları elə dostu tərəfindən ifşa olunacaq? Bəli o bilir ki Vüqar Vüqarlı ücün də Müqəddəs olan amillər var və onlar layihə-filan deyil. Onlar düzgünlük, mərdlik və səmimilik adlanır.
Dörd gün bundan öncə mənin yanımda Vüqar Qaradağlını az qala yarım saat tərifləyən (və onu da Müqəddəs insan adlandıran), onun rəhbərliyi altında işlədiyi üçün fərəh duyduğunu dilə gətirən bir qadın deməli sadəcə olaraq premyera qabağı məşqlər edirmiş.
Və məni də bu "praqona" tamaşaçı kimi dəvət edib, özünün aktyor qabilliyətini yoxlayırmış.
Mən bütün bu baş verənlərdən sonra onun aktrisalığına bir "beş" verməyim neyləyim? Lakin axıradək düzgünlük nümayış etdirib insani keyfiyyətlərinə "iki"dən cox qiymət verə bilmərəm, amma yox, bir məqam az qala gözümdən qaçmışdır.
Bir ağsaqqalın sözü olmasın- indi sənə daha cox "qiymət" verən yerə gedirsən axı. Və ən qəribəsi də odur ki, ora gedə-gədə də deyirsən ki ATV-dən məni çağırsalar qayıdaram. Deməli sən onlara qarşı da riyakarsan".
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər