“Azərbaycan Hava Yolları” Bakı-Nyu-York/Nyu-York-Bakı istiqamətindəki J2 101/102 saylı müntəzəm uçuşlarda hava gəmisində öncədən yerin seçilməsi proqramının (ASR- Advance Seat Reservation) tətbiqinə başlayır.
Bu barədə Oxu.Az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.
Məlumata görə, indi, Bakı-Nyu-York/Nyu-York-Bakı istiqamətindəki J2 101/102 saylı uçuşun hər bir sərnişini aviabilet əldə edərkən (və ya bronlaşdırma zamanı) hava gəmisində konkret yeri seçə bilər.