Müğənni Xumar Qədimova evinin qapılarını ATV telekanalının “Onlar” verilişinin kollektivinə açıb.
Oxu.Az xəbər verir ki, müğənni Mikayıl Müşfiqin “Rəssam, sevgilimin rəsmini çək” şeirinə necə müraciət etməyindən söz açıb:
“Atam yorğun olanda bizdən - övladlarından şeir söyləməyi istəyərdi. Bir dəfə mən də yorğun idim, bacım qızı Müjgandan şeir söyləməyini istədim. O, Mikayıl Müşfiqin bu şeirini dedi. Heç eşitməmişdim, çox xoşuma gəldi. Çoxdandır bəyəndiyim türk musiqisi notları üzərinə bu sözləri əlavə etdik və ifa etdim”.
Müğənninin dəbdəbəli evindən yeni müsahibəsini təqdim edirik.
Aytən Sadıqzadə