Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xuraman Şuşalı sinif yoldaşlarını tapmaq üçün efirə çıxdı
Müğənni Xuraman Şuşalı sinif yoldaşlarının axtarışına çıxıb.
Oxu.Az xəbər verir ki, o, ARB TV-də yayımlanan verilişlərin birində onlara çağırış edib.
Müğənni qeyd edib ki, Şuşa şəhərindəki orta məktəbdə təhsil alıb.
"Sinif yoldaşlarımdan bəzilərini tapmışam, bəzilərini isə hələ də axtarıram, çünki onların soyadını tapmaqda çətinlik çəkirəm. 1988-92-ci illərdə Şuşada 4B sinfində təhsil almışıq. Oğlan sinif yoldaşlarımın çoxunu tapmışıq, qızları isə tapa bilmirik. 32 ildən sonra biz sinif yoldaşlarımızla görüşmək istəyirik. Həmçinin, 1999-cu ildə bitirdiyim İncəsənət Gimnaziyasından da bəzi sinif yoldaşlarımı tapa bilmirəm".
Proqramda Xuraman Şuşalının sinif yoldaşı olan şəxslərdən qaynar xətt ilə əlaqə saxlamaları xahiş edilib.