Türkiyəli tanınmış müğənni Yalın ötən axşam sevgilisi Hazal Emre ilə axşam yeməyində görüntülənib.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ifaçı jurnalistlərin evlilik barəsində sualına “bu yay nikah masasına əyləşməyi düşünürük” deyə cavab verib.

Qeyd edək ki, Hazal Emre məşhur “Emre Plak” şirkətinin sahibi Hüseyn Emrenin qızıdır.
