Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu
"New Line" kinostudiyası "Mumiya" qorxu filminin yeni versiyasının çəkilişlərinə başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
Filmin ssenari müəllifi və rejissoru məşhur "Evil Dead Rise" filminin rejissoru Li Kronin olacaq.
Qeyd olunur ki, "Mumiya" 17 aprel 2026-cı ildə tamaşaçılara təqdim olunacaq. Filmin çəkilişləri isə 2025-ci ilin birinci yarısında başlayacaq.
Müəlliflər qeyd edir ki, bu film "Universal"a məxsus olan "Mumiya" franşizasının remeyki deyil, tamamilə orijinal fil olacaq.
"Hollivud" teqi üzrə xəbərlər
Ən çox oxunanlar