Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib
Perunun Lima şəhərindəki "Santa Isabel" klinikasında qadın bədəninin xaricində mayalanan ilk uşaq dünyaya gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Business Wire" ABŞ-ın "Gameto" biotexnoloji şirkətinə istinadən məlumat yayıb.
Yumurtanın mayalanması "Fertilo" üsulu ilə baş verib. Bu texnologiya ekstrakorporal mayalanmanın (EKM) bir versiyasıdır. Bu üsul laboratoriyada kök hüceyrələrdən alınan yumurtalıqların dəstəkləyici hüceyrələrindən istifadə edərək yumurtanın yetişmə prosesini qadın orqanizmindən kənarda həyata keçirməyə imkan verir. Yeni texnologiyadan istifadə edilməsi ilə ilk uşağın doğulması, həkimlərin fikrincə, reproduktiv sağlamlıq elmində dönüş nöqtəsidir.
"Gameto"da bildirilir ki, "Fertilo" proseduru qadınların EKM prosedurundan 10-14 gün əvvəl yaşadıqları yumurtaların yetişməsi üçün hormonal stimullaşdırmadan qaçınmağa imkan verir. Bu texnologiya hazırda ABŞ-də klinik sınaqdan keçirilir. Onun artıq Peru, Avstraliya, Paraqvay, Argentina, Meksika və Yaponiyada istifadəsinə icazə verilib.
"elmi tədqiqat" teqi üzrə xəbərlər
- Ölmüş toxumaları "dirildən" material icad edildi
- Prezident mükafatına layiq görülən Rüstəm Əzimov: "Elmi tədqiqat aparmaqdan zövq alıram"
- Yeni qan qrupu, beyində çip, yaddaş kristalı - 2024-cü ilin elmi nailiyyətləri
- İnsan hüceyrələrində "ölüm taymeri" aşkar edildi
- Niyə əksər insanlarda bir ayaq digərindən daha böyükdür? – Alimlərdən ARAŞDIRMA