Bu gün əməkdar artist Zakir Əliyevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, bu münasibətlə sənət dostlarından və yaxınlarından səmimi təbriklər eşidən müğənninin həm də sənətdə olmasının 35-ci ildönümüdür.
Qeyd edək ki, müğənninin həmkarı və yaxın dostlarından olan əməkdar artist Aybəniz Haşımova ona şəxsi Facebook səhifəsindən təbrik ünvanlayıb. Haşımova səbəbkara öz xoş sözlərini çatdıraraq, Şövkət Ələkbərova, Füruzə İbadova, Arif Babayev, Aygün Bayramova kimi səhnəmizin digər tanınmış simalarının da yer aldığı fotoları sosial şəbəkədə paylaşıb.
Həmin fotoları təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az