Azərbaycanlı məşhurlar Oxu.Az-a hobbilərindən danışıblar. Tanınmışların maraqlı hobbilərini təqdim edirik:

Müğənni İlhamə Qasımovanın hobbisi Asiya ölkələri filmlərini izləməkdir:
“Nə qədər Hollivud ulduzu tanıyırsınızsa, o qədər də Yaponiya, Cənubi Koreya aktyor və aktrisalarını tanıyıram. Həmin ölkələrin filmlərinə çox baxıram. Yəqin ki, heç kimin belə marağı yoxdur”.

ABŞ-da yaşayan teleaparıcı Günel Musəvi:
“Uşaqlıda poçt markası yığırdım. İndi isə soyuducu üçün maqnitlər yığıram. Hansı ölkəyə gedirəmsə, mütləq soyuducu üçün həmin ölkənin rəmzini əks etdirən maqnit alıram”.

“The Best Model of Azerbaijan 2006, 2007”, “The Best Model of the World 2007” model müsabiqələrinin qalibi Rüstəm Cəbrayılov:
“Səyahət etdiyim ölkələrin milli yeməklərini mütləq dadıram”.

Aktyor Elnur Kərimov:
“Musiqi alətlərində ifa etməyi sevirəm, xüsusilə nağara, tütək, ney və pianoda”.

Təşkilatçı Aqil Məmiyev:
“Uşaqlıqdan ayrı-ayrı ölkələrin köhnə qəpik və pul əskinaslarını yığıram. Səyahət etməyi çox sevirəm. Brend geyimləri və aksesuarları dəst etməyi xoşlayıram. Məsələn, geyindiyim köynək hansı brenddəndirsə, şalvar və saat da mütləq həmin brenddən olmalıdır”.

Aparıcı Cavid Gül:
“Tarixi faktları toplayıram. Çin fəlsəfəsi ilə çox maraqlanıram”.

Müğənni Samir Piriyev:
“Avtomobilimi tez-tez dəyişməyi sevirəm. Maşınla uzaq səfərə çıxmağı çox xoşlayıram. Elə olub ki, ayda 6 dəfə Türkiyəyə eyni yolu bezmədən gedib-gəlmişəm”.

Müğənni Afaq Aslan:
“Hobbim şəkil çəkdirmək və musiqi ilə məşğul olmaqdır”.
Aytən Sadıqzadə