Türkiyənin “Star” televiziyasından yayımlanan müsabiqəsində iştirak edən cütlüyün erotik rəqsi kanala baha başa gəlib.
Oxu.Az Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, telekanal 600 min dollar məbləğində cərimələnib.
Rəqs zamanı telekanal kadrları örtməyə məcbur olub. Ancaq bu da onları cərimədən xilas etməyib.
İştirakçılar Tarkanın məşhur “Dudu” mahnısının sədaları altında oynamağa başlayıb.
Ancaq rəqs sonradan erotik şouya çevrilib. Türkiyə Teleradio Şirkətinin Ali Şurası buna görə telekanalı 600 min dollar məbləğində cərimələyib.
Sözügedən rəqsin nümayiş zamanı münsiflər heyətinin üzvü Acun Ilıcalı başını aşağı salıb, üzünü isə utancından əlləri ilə tutmağa məcbur olub.
Aytən Sadıqzadə
www.oxu.az