Acun Ilıcalının rəhbəri olduğu “TV 8” telekanalında təqdim olunan “Rising star” müsabiqəsinin münsifi, müğənni Yılmaz Mörgül yarışmada istifadə etdiyi fərqli eynək modelləri ilə tez-tez gündəmə gəlir.
Oxu.Az xəbər verir ki, müğənni eynəklərindən dördünü dünya şöhrətli pop ulduz Ledi Qaqaya göndərdiyini deyib.
Bu haqda Türkiyənin medyaradar.com saytı məlumat yayıb.
“İstifadə etdiyim eynəklərdən dördünü beynəlxalq menecer vasitəsi ilə ABŞ-ın çılğın müğənnisi Ledi Qaqaya göndərdim”,- deyə Y.Mörgül bildirib.
A.S.
www.oxu.az