Müğənni Zamiq Hüseynov ikinci dəfə evlənməyə hazırlaşır.
Oxu.Az-ın məlumatına görə, o bu haqda “Onlar” verilişinə açıqlama verib:
“Bəyəndiyim xanım var. Evlənməyin vaxtı çatıb.İstəyirik ki, bir-birimizi yaxşı tanıyaq. Sevdiyim xanım incəsənət sahəsinin adamı deyil. Sənətdə başımızı ucaldan kişi müğənnilər var, onların toyuna dəvət almışam. İnşallah, yaxın gələcəkdə də mən onları toyuma dəvət edəcəm”.
Xatrıladaq ki, Zamiq Hüseynov bir dəfə evli olub. Altı il öncə Nigar adlı xanımla evliliyi bir neçə ay çəkib.