Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zarina həmkarını qınadı: Adını kişi qoymusan
Tanınmış aktrisa Zarina Qurbanova sosial media hesabında bəzi kişi həmkarlarını “top atəşi”nə tutub.
Oxu.Az xəbər verir ki, o, adını çəkmədiyi şəxsi torba tikməkdə, aktrisaların arxasınca danışmaqda ittiham edib:
“Gəlin sizə bir “axxtiyor”un “kişiliyindən” danışım. Deməli, biri var idi, biri yox idi. İncəsənətə aid olmayan, amma “sənət eşqiylə alışıb yanan” bir oğlan uşağı var idi. Çox düşündü ki, ayə, mən nə edim ki, bu sənətə özümü soxum və yolunu bacardığı şəkildə elə “soxulmaqla” başladı... Və beləliklə, az getdi, çox getdi; pulsuz, ucuz “çəkilə-çəkilə” “axxxtiyor” oldu. Özü də nə “axxxxtiyor” – Bax, yıxıl, öl!
Və bir müddətdən sonra bu dahi “soxulcan” başladı üzlərinə güldüyü, “abi” dediyi aktyorlar haqda rəy bildirməyə, aktrisalara özü boyda torba tikməyə. Kimlərə ki yaltaqlıq edirdi, hamısının yanında özünü etdi əsl “sənətkar”, yerdə qalanlar isə bunun üçün qeyri-peşəkar oldu.
Etdi etməyinə, amma sualım var:
Nə qədər güclü aktyor olursansa-ol, on-on beş filmə belə çəkil, onsuz da hazırkı şərtlərlə bu ölkədə Biləcəridən o tərəfə getməyəcəksən. Bütün bunlara dəyərmi?
Adını kişi qoymusan və mübarizəni ən çox aktrisaları pisləməklə, torba tikməklə davam edirsən! Fikrin nədir? Qadın obrazlarını oynayıb Dastin Hoffmanmı olmaq istiyirsən, əcəba?!
Şöhrət sevgisi bu qədər güclüdürmü ki, artıq sənin necə biri olduğunu bilən əsl sənət adamlarının hər söhbətlərində bu qədər söyüş yiyəsi olursan? Axı, sən gələcəyin atası, kiminsə həyat yoldaşısan... Dəyərmi?”
Daha sonra məsələ ilə bağlı Oxu.Az-a danışan Zarina ad çəkmək istəmədiyini bildirdi:
“Ad çəkmək istəmirəm, onsuz da bizim aləmdə olanlar bilir ki, söhbət kimdən gedir. Əslində, bir nəfərdən söhbət getmir, Allah onları bizə çox görməsin”.
Pərviz Huseyn
www.oxu.az
Rəylər