Aparıcı Zaur Baxşəliyev ağlayaraq studiyanı tərk edib.
Oxu.Az ATV-yə istinadən xəbər verir ki, 11 yaşından təhsilini yarımçıq qoyub, çobanlıqla məşğul olan oğlanın həyat hekayəsi aparıcıya pis təsir edib.
Kövrələn aparıcı belə qeyd edib:
“Bu oğlan 11 yaşından çobanlıq edib.. Bu qədər aciz-aciz oturma, ürəyim parçalandı. Bəlkə mən də o yaşımda məcburi köçkünlükdən gəlmişəm , ona görə belə təsir etdi mənə... Bəlkə o çətinlikləri mən də görmüşəm, ona görə dərdi dərdimə yaxındı. O yaşda kimsəsiz qalmaq, kimlərinsə qapısında işləmək çox ağırdır. Onun yaşadıqlarını hiss etdim, pis təsir etdi mənə...”.
Göz yaşlarını saxlaya bilməyən Z. Baxşəliyev studiyanı tərk etməli olub.