“İslam dövləti” (İŞİD) yaraqlıları azyaşlı oğlanın başqa bir adamı başından atəş açaraq öldürdüyünü əks etdirən video yayıblar, qruplaşma üzvlərinin İnternetdəki fəaliyyətini monitorinq edən SITE təşkilatının Twitter-də bildiriblər.
Oxu.Az xəbər verir ki, öldürülən şəxsin İsrail casusu olduğu güman edilir.
SITE İŞİD yaraqlısı və diz üstə çökdürülmüş çəhrayı rəngli paltar geyinmiş kişinin başını tapançadan nişana olan azyaşlı oğlanın əks olunduğu videonun bir neçə kadrını yayıb.
SITE-nin məlumatına görə, terrorçuların qurbanının adı Məhəmməd İsmayıl olub.