“Öz aramızda” verilişində azyaşlı qızları qaçırıb, onlara təcavüz edən manyakın qurbanları tapılıb.
Oxu.Az xəbər verir ki, veriliş zamanı aparıcı Zaur Baxşəliyev xanımları tam müdafiə edib:
“Əgər xanım əxlaqsız bir qadın olsaydı o zaman mən susardım, deyərdim ki, haqsızam! Əgər o ana ki əxlaqsızlıq etmirsə onun övladını ondan heç kim ala bilməz, almamalıdır. Mən birtərəfli olaraq, açıq aşkar elan edirəm ki, mən bu xanımın tərəfindəyəm”.
Bundan başqa, aparıcı qeyd edib ki, azyaşlı qızları aldadıb aparan seksual manyak mütləq şəkildə tapılmalıdır ki, digərlərinə dərs olsun.
“Bu, insan deyil. İnsan deməyə dilim gəlmir. Hansısa məxluqatdır, çox üzr istəyirəm. Onu tapanda icazə verin, heç olmasa bircə dəfə üzünə tüpürüm”.
Qeyd edək ki, dünən gecə “Öz Aramızda” verilişinin işçiləri polis əməkdaşları ilə birlikdə nəhayət ki, Peyman adlı seksual manyak tərəfindən qaçırılan 13 yaşlı Şahhüseynova Mənzurəni tapıb ailəsinə təhvil veriblər. Mənzurə anası və bibisi ilə birlikdə “Öz aramızda” verilişinə gəlib.
Peyman adlı manyak isə qaçıb və hal-hazırda axtarışdadır.
Xatırladaq ki, manyakın 13 belə azyaşlı qızları qaçırıb şəraitsiz bir komada saxladığı məlum olub (atvxeber.az).