Azərbaycanın əməkdar artisti Zaur Əmiraslanov dünyaca məşhur müğənni Xulio İglesias “Historia de un Amor” hitini azərbaycan dilində sosial şəbəkələrdə təqdim etdi.
Oxu.Az xəbər verir ki, yeni aranjimanda və sözləri Zaur Əmiraslanova məxsus olan mahnı “Dünya hitləri milli dildə” müğənninin layihə çərçivəsində həyata keçirilib.
“Historia de un Amor” mahnısının inglis, fransız, çin , rus və yapon dilində versiyaları var.
Qeyd edək ki, bundan əvvəl Zaur Əmiraslanov məşhur rus müğənnisi Oleq Qazmanovın “Ты морячка - я моряк” adlı mahnısını sosial şəbəkələrdə azərbaycan dilində təqdim etmişdi.