Aparıcı Zaur Baxşəliyev maraqlı açıqlaması ilə gündəmə gəlib.
Oxu.Az ATVxəbər.az-a istinadla məlumat verir ki, aparıcı “Öz aramızda” verilişini bəyənməyənləri və ya verilişi “ağlaşma verilişi” adlandıran məşhurları sərt tənqid edib:
“O gün mənə dedilər ki, bu verilişlərlə bağlı hansısa müğənni etirazını bildirib. Adı da yadımda deyil. Deyib ki, belə verilişlər uşaqlarımıza pis təsir edir, adam nə qədər dərdli insan görər. Birinci övladınızın tərbiyəsinin pozulmağında özünüzdən ehtiyatlı olun. Siz onların gözü önündəsiniz. Bizdə xoşbəxt ailə yoxdur deyənlər baxın, məgər bu insanlar bu qədər problemə rəğmən bir yumruq kimi birləşməyiblərmi? Bu xoşbəxtlik demək deyilmi? 3-5 manata görə ərlərini və arvadlarını atıb qaçan kişilərdən və ya qadınlardan deyirlər. Danışanda baxın özünüzə, sonra danışın”.
Aparıcı ad çəkməsə də sözlərini ünvanladığı müğənni bəlli olub.